Image Alt

Azərbaycan 100 min Facebook hesabı oğurlandı!

Dünyanın hər yerindən 533 milyon Facebook istifadəçisinin məlumatları geniş istifadə olunan kiber cinayətlər forumlarından birində pulsuz paylaşıldı. Kiber fırıldaqçılar və məlumat brokerləri üçün ‘qızıl mədəni’ olaraq xarakterik ola bilən məlumatların sızmasından Azərbaycan Facebook istifadəçiləri də təsirləndi.

Oğurlanan məlumatlar arasında Facebook istifadəçi adı, yeri, cinsi, məşğuliyyəti, ölkəsi, e-mail adresləri, həmçinin ailə vəziyyəti xaricində telefon nömrələri və digər hesab məlumatları var.

Facebook-un 2,6 milyard istifadəçisi var. Son məlumatlar sızması, başqa sözlə, hər 5 Facebook istifadəçisindən birinin şəxsi məlumatlarının kiber cinayətkarların əlinə keçdiyini göstərir. 2019-cu ildə Facebook sistemində aşkarlanan və yamaqlanan bir təhlükəsizlik zəifliyindən istifadə edən hakerlərin bu məlumatları 2 il əvvəl sistemdən oğurladığı düşünülür.

Ölkələrə görə təsnif edilən   məlumatlarda   ABŞ-dan 32 milyon, İngiltərədən 11 milyon, Hindistandan  6 milyon, Türkiyədən 20 milyon istifadəçi məlumatı mövcuddur. “Facebook” ümumilikdə 106 ölkədən olan istifadəçilərin məlumatlarını ehtiva edən məlumat dəstinin Facebook-dan oğurlandığını etiraf etdi. Edilən açıqlamada məlumatların 2019-cu ilə aid olduğu bildirildi.

“Cambridge Analytica”-dan dərs almadılar

Facebook, 2016 ABŞ prezident seçkilərindən sonra bir məlumat skandalıyla dünya gündəmində oldu. ABŞ seçicilərinin şəxsi məlumatları, bu gün bağlı olan Cambridge Analytica konsaltinq firması tərəfindən aparılan seçki kampaniyasında istifadə edilmişdir. 2019-cu ildə aşkar olunan zəiflik, Facebook-un ictimai səhifələrə baxmasına imkan verdi. Facebook 2019-cu ilin yayında təhlükəsizlik boşluğunu aradan qaldırsa da, o vaxta qədər avtomatik olaraq toplanan məlumatlar kiber cinayətlər forumlarında əldən-ələ gəzməyə başlayıb.

Post a Comment