01.
Rəqəmsal marketinq kampaniyalarının təməli vebsaytdan başlayır.

Veb Proqramlaşdırma .

     Şirkətinizin veb saytı, işinizi, məhsullarınızı və xidmətlərinizi ən yaxşı şəkildə izah edən ən vacib marketinq vasitəsidir. Fərdi və korporativ əsasda iş görən və markasını tanıtmaq istəyənlər veb sayt açaraq özlərini sübut edə bilərlər. Bundan başqa, əgər bir mağazanız varsa mağazanızı dijital aləmə daşıyıb satışlarnızı vebsaytınız vasitəsi ilə edə bilərsiniz. Kiçik dünyanın böyük qapıları olan bu sistem sayəsində bir çox şirkət qazanclarını artırmağı bacardı.

02.
Markanın getdiyi rəqəmsal yolla kreativliyi birləşdirən yaradıcı bir prosesdir.

Dizayn .

     Qrafik dizayn sənət və texnologiyanın yaradıcılıqla birləşdiyi vizual ünsiyyət metodudur. Bir mesajı çatdırmaq, mövzunu izah etmək və ya bir problemi həll etmək üçün vizual elementlərdən istifadə edən bir dildir. Bir mənada, qrafik dizaynın mahiyyəti müxtəlif fikirləri, duyğuları dizayn ilə ifadələr etməkdir. Qrafik dizaynın tətbiq olunduğu sahələr inkişaf edən texnologiya ilə genişlənmişdir. Bunlara loqotip və marka, veb-sayt, post, buket, banner, kitab dizaynı sahələr daxildir. Qrafik dizayn müəyyən mənada gündəlik həyatın bir hissəsidir. Qrafik dizaynın təsirini demək olar ki, hər şeydə, hər yerdə görürük. Markanızın dizaynı bu səbəbdən çox önəmlidir.

03.
İncəsənət ilə marketinqin sevgisi və qrafik dizaynın ən məsul hissələrindən biridir.

Brendinq .

     Şirkətin vizual imicini yaratmaq üçün marketinq və dizayn sahələrini bilmək, bununla yanaşı ən son trendləri izləmək lazımdır. Azərbaycan bazarının spesifikliyini bilmələri, bununla yanaşı əcnəbi müştərilərlə iş zamanı toplanan geniş təcrübə sayəsində dizaynerlərimiz brendlərə auditoriya tərəfindən rahatlıqla qəbul olunan korporativ üslub bəxş edir.

04.
Xidmət və məhsulun tanıtımı, satış sonrası müştəri dəstəyi kimi bir çox üstünlüklər.

Reklam .

     Biz hədəf və məqsədlərinizə çatmaqda sizə kömək edən, peşəkar şəkildə hazırlanmış reklamlar yaradırıq. Biz hədəf auditoriyamızın həyatına tam nüfuz edir, beləcə müştərilərin nə istədiyini başa düşürük. Bu tapıntılar effektiv kommunikasiya strategiyasının bünövrəsini təşkil edir ki, reklam mesajları da bu strategiya əsasından hazırlanır.

⦁ Kommersiya
⦁ Çöl reklamları
⦁ Animasiya
⦁ Çap

⦁ Sloqan
⦁ Promo saytlar
⦁ Media
⦁ Sosial media marketing

05.
SMM sosial şəbəkələrdə marketinqlə məşğul olaraq malların satışının təşkil olunmasıdır.

SMM .

     Markaların bu marketinq metodunu seçməsinin ən vacib səbəblərindən biri ənənəvi bazarda hədəf kütləsinə tamamilə çatmaq mümkün deyil və ya həddindən artıq bahadır. Bununla birlikdə, sosial media marketinqi sizə daha az büdcə ilə düzgün hədəf kütləyə reklam verməyə şərait yaradır. Bir digər amil isə auditoriya ilə bir başa ünsiyyətdə olmağa şərait yaradır.

Xidmət üstünlükləri:

  • Daha çox marka tanınması
  • Potensial müştərilər
  • Müştəri loyallığı
  • Az büdcə və ölçüləbilən sərfiyyat