Biznesimizi necə Böyüdək – sadə 4 addım!
Biznesin inkişafı daim sahibkarların marağında ilkin sıralarda gələn tələblərdəndir. Böyük nəaliyyətləri əldə etmək üçün böyük düşüncələr və əsaslı addımlar atılmalıdır. Bizneslərdə düşüncələr və planlanılaraq atılan addımlar reallıqları doğurur. Bu prosesin əsasını Biznes fəaliyyətində strategiya formalaşdırır. Hara gedəcəyinin xəritəsi sahibkarın əlində hazır olanda nəticəli uğurlar qazanmaq qaçınılmaz olur. Nəyi necə edəcəyinizi əvvəlcədən bilməniz, sizi arzuolunmaz dəyişikliklərdən və planlarınızın pozulmasından qoruyar.
Bugün kiçik sahibkar olmağınız sabah daha böyük biznesi idarə etməyəcəyiniz fikrinə əsaslanmır. Bu o demək deyil ki, heç vaxt olmayacaq. Əgər biznesiniz kiçik biznesdirsə, bu o demək deyil ki, kiçik addımlarla irəliləməlisiniz…
Sizinlə kiçik biznesinizi necə böyüdə biləcəyinizi sadəcə 4 addımda bölüşürük:
- Düşüncələrin şəffaflığı
Şirkət sahibkarının düşüncələrinin şəffaf olması işin əsas tərəfidir. Şirkətin varlığının əsası sahibkarın düşüncələrinə və gələcəyinə baxışına görə formalaşır. Bir şirkət niyə var olduğunu, kimə və nə üçün xidmət etdiyini bilirsə, bu şirkətin böyüməsi və inkişafı qaçılmazdır.
İşin, gedişatın, gələcəyin, keçmişdə yaşamışlığın və bütün şirkətin suallarla analizi problemlərin həllinə fokslanır. Suallar hər zaman psixoloji təsirə malikdir. Suallar cavabları doğurur. Məntiqi olaraq, doğru sualları soruşmaqla siz istənilən problemi həll edəcəksiniz. Bütün məqsədlər aydın olmalıdır. Yaxşı, gözəl, möhtəşəm deyil, detallı və dəqiq, ölçüləbilən olmalıdır. Yalnız bu halda biznesi inkişafetdirmək olar.
Şirkətin bugünü sizin keçmişdə planladırdığınız kimi deyilsə günahkarı axtarmaq yerinə planınıza nəzarət yetirin. Əgər işə plansız girirmisinizsə, əmin olun bugünü siz hazırlamısınız. Planlaşdırılmama uğursuzluğun planlaşdırılmasıdır deyimini çox bəyənmişdim. Günümüzün böyük şirkətləri ilk gündən irili – kiçik əməliyyatlara qədər hər bir detalı ən xırda addımına qədər planlaşdırır. Strateji planlaşdırma bölməsi olan şirək şirkət olmaq istədiyi yerlə bu günü arasındakı körpünün əsasını qoyub. Nə qədər düzgün planlaşdırmanız sizə möhkəm addımlarla irəliləmənizə yardım edəcək. Strateji planın tərkibində xırda məqsədlər, taktikalar, hər kəsin görəcəyi iş dəqiq şəkildə qeyd olunduğu üçün proseslərdəki riski nəzərəçarpan səviyyədə azaldır. Biznesinizin inkişafı üçün daim əsas deyim planlamaq, planlamaq və, yenə də, planlamaq!
- Ekspert məsləhəti
Məşhur türk milyarder işadamı Özdemir Sabancıdan soruşurlar ki, PEGASUS hava yollarının qısa zamanda Türkiyədə uğur qazanmasıın sirri nədir. Cavabı qısa və net – Ekspertlərlə işlədik. Kiçik bizneslər qurulan zaman sahibkarlar ucuz və asan işçi qüvvəsinə qaçır. Lakin unutmaq olmaz ki, böyük biznesləri böyüdən ekspertlərdir. Kiçik addımlarda ekspert fikirləri o qədər də kritik olmaya bilər. Bir halda ki, böyüməyə qərar vermisiniz, risklərin idarə olunması üçün və minimallaşdırılması üçün peşəkarlara üz tutmalısınız. Hətta şirkət böyüdükcə ekspertlərə olan ehtiyyac da hava-su misalına çevrilir. Bu səbəbdən də dünyanın ən prestijli şirkətləri daim ekspertlərlə iş quru.
Hər şey sadəcə dörd addımdan ibarətdir. Təsəvvürlə başlayan möcüzələr, analizlə formalaşır, planlaşdırma ilə mükəmməlləşdirilır və ekspert addımları ilə tamamlanır.
Endless İdeas MMC kollektivi olaraq bu yolda Ekspertlərimizlə sizin yanınızdayıq! Müraciət üçün əlaqə saxlaya bilərsiniz.
Müəllif: Hikmət Əliyev