Elekron mağazanın sosial şəbəkə hesabı necə idarə edilir? Hansı tip kontentlər sosial media satışlarınızını artıra bilər? Düzgün hədəf kütləni necə tapa bilərik? Sosial media marketinqdə nələrə diqqət etməliyik?
Satış sonrası xidmətdə nələrə diqqət etməliyik? Elektron ticarətdə edilən səhvlər ilə tanış olaq. Azərbaycanda elektron ticarətdə ən çox istifadə edilən platformlar “Facebook”, “Instagram”, “Tiktok”, olmaqla yanaşı “Youtube” kimi platformalarda satış üçün istifadə olunur. Elektron ticarət platformaları sosial media marketinqin sayəsində kiçik reklam büdcəsi ilə yüksək satışlar əldə etdi. Bütün markaların artıq sosialda aktiv hesabları var və buna məcburdurlar. Sosial şəbəkələr hal hazırda ən böyük bazar halına gəlmişdir. Kiçik və böyük şirkətlər sosial media sayəsində müştərilər ilə əlaqələri inkişaf etdirməyi, onların davranışlarını anlamağı və yeni məhsul inkişaf etdimək üçün effektiv analiz etməyə təkan yaradır. Qeyd edək bir alıcı hər hanısa məhsul aldıqda digər alıcarın rəyini oxuyur, elektron ticarət platformalarında hər kəsin rəy almaq, məhsula ulduz almaq istəyidə məhz buna görədir.
Elektron ticarətdə sosial medianın üstünlükləri.
– Platformanızın bütün sosial şəbəkələrdə hesabının olması mütləq deyil, axtarış nəticələrində ən uyğun yerdə çıxması və idarə edə biləcəyiniz platforlarının olması mütləqdir.
– Elektron satışda olan uğurlarınızı sosial şəbəkələrdə paylaşın bu marlalarnızın inkişaf etməsinə təsir göstərəcək.
– Bütün sosial medialar müştərilərdən “feedback” almaq üçün ən uyğun platformadır.
Şikayətlərə mümkün qədər müsbət cavablar verməyə çalışın, cavabsız rəy buraxmayın.
– Yaradıcı ideyalar ilə məhsullarınızı tanıtın
Kontent yaradarkən diqqət ediləsi məqamlar
– Hədəf kütləyə uyğun kontent üçün analizlər aparılmalıdır.
– Şikətin dizaynı fəaliyyət sahəsi və korporativ imicinə uyğun olmaldır.
– Sadə, sürətli, praktik və həddindən artıq reklam kompaniyardan uzaq dizaynlar hazırlayın
– Paylaşımlar aylıq, həftəlik olaraq planlanması mütləqdir. Planlanan vaxt sosial şəbəkə platformasına uyğun vaxtlara planlanmalıdır.
– Sosial media platformalarında rəsmi xitabdan çox səmimi yanaşmayada yer ayrılmalıdır
– Paylaşım mətnində texniki detaylara çox yer verməməli mümkün qədər məhsul haqqında izah edici mətn yazılmalıdır.
– Sadə və anlaşılır olmaq lazımdır.
– Payşım mətnləri SEO uyumlu olmalıdır.
– Sektorla bağlı seo-ya uyğun məqalələr yazılmalıdır.