ALYANS TekstilMarketinq və Strategiya
2008 - ci ildə yaradılan Alyans Tekstil MMC, bir növbədə 250-ə yaxın işçisi ilə işləyən və müasir standartlara cavab verən xüsusi geyim istehsalında ixtisaslaşmış qabaqcıl fabriklərdən biridir. Bütün məhsullar beynəlxalq standartlara tam cavab verən Yaponiya və Almaniya istehsalı olan müasir və yüksək dəqiqlikli avadanlıqlardan istifadə etməklə istehsal olunur. Şirkətimizlə bağlanan müşavirlik müqaviləsinə əsasən aşağıdakı xidmətlər göstərilmişdir:
∞ Strukturun analizi və yeni sistemin qurulması təklifi
∞ Cins istehsalı və Ayaqqabı istehsalı üzrə Biznes strategiyasının yazılması (Türkiyə istehsal sisteminin araşdırılması)
∞ Xarici bazarın araşdırılması (Kazan səyahəti, Türkiyə səyahəti, Avropa Səyahəti ilə real tələbatın öyrənilməsi)
∞ İxrac sisteminin qurulması (Finlandiyaya uniforma ixracı)
∞ Tenderlər üçün təchizat sisteminin qurulması və tenderlərdə iştirak.
Sahə
Tekstil
Müştəri
ALYANS Tekstil MMC